"Bomj"lar üçün üçün sığınacaq tikiləcək
    • Bu gün, 10:52
    • 92

"Bomj"lar üçün üçün sığınacaq tikiləcək

Tanzaniyada 4 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Binanın birinci mərtəbəsi tibbi mərkəz kimi, ikinci və dördüncü mərtəbəsi qadınlar, üçüncü mərtəbə isə kişilər üçün nəzərdə tutulub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial xidmətlər sədrinin müavini məlumat verib. 

O, qeyd edib ki, sığınacaq müasir tələblərə cavab verəcək. Eyni zamanda, gənc həkimlər, psixoloqlar və təcrübə keçənlər iş stajı əldə edə biləcəklər. 

Sədr müavini onu da vurğulayıb ki, bu işdə iş adamlarının və ictimai fəalların da dəstəyi olduqca vacibdir. 

Ağa Dadaşzadə