Netanyahu haqqında həbs QƏRARI
    • 21-11-2024, 16:46
    • 228

Netanyahu haqqında həbs QƏRARI

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı çıxarıb.

News24.az TRT-yə istinadən xəbər verir ki, məhkəmə bəyan edib ki, Netanyahu və Gallantın cinayət törətdiyinə inanmaq üçün “ağıllı əsaslar” var.

BCM İsrailin məhkəmənin yurisdiksiyasını qəbul etməsinin vacib olmadığını bildirib.

Məhkəmə bu həbs qərarlarının elan edilməsinin zərərçəkmişlərin və onların ailələrinin marağında olduğunu bildirib.

BCM bəyan edib ki, iddia edilən cinayətlər arasında qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər var.

Günel Məlikzadə