-
- Bu gün, 00:40
- 114
"İşləyin, müavinət gözləməyin" - Paşinyandan ŞOK AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan dövlət büdcəsindən Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilərə verilən maddi yardım məbləğinin mərhələli şəkildə azaldılmasına münasibət bildirib.
“Biz yardım paketini ləğv etmirik, əksinə, müəyyən sosial qrupları dəstəkləyirik və əslində əmək qabiliyyətli yaşda olan insanları işləməyə, öz işləri ilə ehtiyaclarını ödəməyə təşviq edirik. Bizim yoxsulluğun qiymətləndirilməsi sistemində strategiyamız belə olmalıdır: biz addım-addım əmək qabiliyyətli insana hər hansı dəstəyin göstərilməsindən ümumiyyətlə imtina etməliyik. Amma digər tərəfdən, əlilliyi olan insanların iş vərdişlərinə yiyələnməsinə kömək etməliyik.
Təəssüf ki, müasir dünyada əlil arabasına məhkum olan bir insan işləyə və kifayət qədər yaxşı qazana bilər. Biz sadəcə əməyi təşviq etməliyik.
İşləməyərək, yoxsulluğa qalib gəlmək mümkün deyil. Ona görə də biz insanın yoxsulluğunu qiymətləndirəndə, onu işləməyə məcbur etməyən sistem yaradanda hansı planımız var? Və belə çıxır ki, biz dövlət səviyyəsində insanı yoxsulluğa məhkum edirik, ona görə də bu məntiqi dəyişməliyik”, - deyə Paşinyan bildirib.