Azərbaycanın qaranlığa qərq olduğu gündən 1 İL ÖTÜR
    • 3-07-2019, 14:33
    • 1 028

Azərbaycanın qaranlığa qərq olduğu gündən 1 İL ÖTÜR

Ötən il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib ölkədə kütləvi elektrik enerjisinin kəsilməsi baş verib. 

News24.az
xəbər verir ki, ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir.

Bakıda elektrik enerjisinin verilişinin kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyyə olunub.