-
- Bu gün, 13:08
- 191
Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan QARIŞDI
Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan Monqol İmperiyasının hökmdarı, əfsanəvi türk sərkərdəsi kimi tanınan Çingiz xandan sitat gətirib.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, onun paylaşımı erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.
“Qorxursansa etmə, edirsənsə qorxma, etmisənsə peşman olma…” Bu sözlər XII əsrdən bəri Çingiz xana aid edilir. Bilmirəm, həqiqətən ona məxsusdur, ya yox. Amma onun siyasi fəaliyyətinə görə çox müasir yanaşmadır”, – Petrosyan bildirib.
Petrosyanın bu paylaşımının İrəvan hökumətinə, xüsusilə hakim Mülki Müqavilə Partiyasının bəzi üzvlərinə mesaj olduğu iddia edilir. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətdəki son istefalar zamanı onu da siyahıya salması gözlənilib. Hətta yaxın zamanda Romanos Petrosyanın vəzifəsindən istefa verə biləcəyi deyilir.
Deputat Sasun Mikaelyan və baş nazir aparatının rəhbəri Araik Arutyunyanın onunla münasibətlərinin gərgin olduğu iddia edilir. Həmçinin Arutyunyanın Petrosyanı istefaya göndərmək istədiyi bildirilir.