-
- Bu gün, 16:33
- 117
Bu il ən çox satılan 5 tort - ADLARI
Geridə qalan 10 ay ərzində Avropanın 30-a yaxın şirniyat evləri arasında sorğu keçirilib.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, insanların ən çox aldığı 5 tortunun adı məlum olub.
Siyahını təqdim edirik:
1.Meyvəli tort
Mağaza sahibləri bildirir ki, il ərzində satılan meyvəli tortlar sırada birincidir.
2.Napoleon tortu
Böyük məclislərin ayrılmaz simvolu olan bu tort yenə də siyahıda yer alıb.
3.Südlü tort
Əsasən qarışıq bir tort olsa da, buna "Südlü" tort deyirlər. Bu tortun siyahıda olması onun daimi müştərilərinin olmasına görədir.
4.Ballı tort
Ənənəvi dad yenə də öz yerini qoruyub saxlayır.
5.Nyu-York tortu
Son zamanlar alıcısı çoxalan bu tort insanların sevimlisinə çevrilib.
Ağa Dadaşzadə