
-
- 24-11-2024, 12:35
- 302
Erməni məmur iş otağında ölü tapıldı
Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 14-də baş versə də, indi məlum olub.
Bildirilib ki, 67 yaşlı Veranyanın meyitinə baxış keçirilib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.