Ailəsinin 4 üzvünü öldürüb görün NƏ ETDİ
    • Bu gün, 08:27
    • 481

Ailəsinin 4 üzvünü öldürüb görün NƏ ETDİ

Türkiyə Celaliye rayonunda yaşayan ailəsinin yanına gələn Bəhtiyar Aladağ evdə mübahisə etdiyi anası Necmiye Aladağ, atası Muhammet Aladağ və bacısı Buket Aladağa tapança ilə atəş açıb.

News24.az xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən atası və anası həyatını itirib. Bacısının vəziyyətinin ağır olduğu bildirilib.

Silahlı hücumçu daha sonra qaynının Avcılardakı bərbərxanasına gedərək baldızı Gökhan Soylunu güllələyib, daha sonra iş yerində olan Mehmet Salih Özsökükə xəsarət yetirib.

Yaralı Özsökükdə aparıldığı xəstəxanada həyatını itirərkən, Bəhtiyar Aladağ Esenyurt Fatih Məhəlləsində əmisi oğlu Şadan Serdar Bukeni vuraraq eyni avtomobildə i*tihar edib.

Avtomobilə baxış zamanı hücumlarda istifadə edilən tapança və 9 ədəd boş patron aşkar edilib. Məlum olub ki, t*cavüzkarın "n*rkotikdən istifadə" ilə bağlı bir çox qeydləri olub. Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə