"Selfie" çəkmək istədilər dənizə düşdülər...
    • Bu gün, 08:45
    • 174

"Selfie" çəkmək istədilər dənizə düşdülər...

Ötən günün axşam saatlarında İstanbulun Sarıyer bölgəsində iki dost balıqçıların balıq tutduğu yerdə selfi çəkdirmək istəyiblər.

News24.az xəbər verir ki, selfi çəkdirən və video çəkdirən qadın bir anlıq diqqətinin dağılması nəticəsində boşluğa basaraq dənizə düşüb. Foto və videolarını çəkdirdiyi dostunun suya düşdüyünü görən oğlan onun ardınca dənizə atılıb.

Əlverişsiz hava şəraiti səbəbiylə dənizdən çıxa bilməyən iki dostu xəbər üzərinə hadisə yerinə gələn İMM-ə bağlı sahil mühafizəsi və dalğıc qrupları saatlarla axtarışlara rəğmən tapa bilməyib.

Hadisənin şahidi olan və hadisənin baş verdiyi gəmidə işləyən balıqçı Kadir Akdere “Çox güclü cənub-qərb küləyi əsdi. Bir-birlərini qucaqladılar, amma o an hər ikisi itib-batdılar. Köməyə qaçdıq, lakin onlara çata bilmədik" dedi.

Günel Məlikzadə