Nazarbayevin nəvəsi intihara cəhd etdi - POLİSİ DİŞLƏDİ
    • 4-07-2019, 08:30
    • 974

Nazarbayevin nəvəsi intihara cəhd etdi - POLİSİ DİŞLƏDİ

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonda intihara cəhd edib.

News24.az Britaniya KİV-nə istinadən xəbər verir ki, A.Nazarbayevin intihar cəhdinin qarşısını almaq üçün məsələyə polis qarışıb. Həmin vaxt isə eks-prezidentin nəvəsi polis əməkdaşını dişləyib. 

Özünə məxsus olmayan evdə həyatına son vermək istəyən A.Nazarbayev haqda "sağlamlığa zərər vurma" maddəsi ilə cinayət işi açılıb.