Ata dənizdə qızlarının şəklini çəkərək ONLARIN HƏYATINI XİLAS ETDİ - FOTO
    • 4-07-2019, 09:33
    • 1 475

Ata dənizdə qızlarının şəklini çəkərək ONLARIN HƏYATINI XİLAS ETDİ - FOTO

Peşəkar fotoqraf Den Uotson 3 qız övladı ilə dənizdə istirahət edərkən faciənin bir addımlığından geri dönüb. 

News24.az
"Fox News"-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. D.Uotson qızlarının dənizdə oynamasını dronla çəkmək istəyərkən suda qara kölgə görüb. Daha sonra həmin ləkənin köpəkbalığı olduğunu bilib. Elə həmin anda da övladlarını sudan uzaqlaşdırıb. 

Jurnalistlərə açıqlama verən Den Uotson "Aparatı havaya qaldıran kimi, suda qızlarıma yaxınlaşan qara kölgə gördüm. Köpəkbalığı deyəndə ağıla ilk olaraq onların dərin sularda üzdüyü gəlir. Bu canlıların suyun dizə qədər olan hissələrə üzüb gəlməsi haqda düşünmək mümkün deyil. Köpəkbalıqlarının qızlarıma tərəf üzməsini izləmək qorxun idi" sözlərini deyib.