-
- Bu gün, 16:05
- 263
Öldüyü deyilən adam cənazədə DİRİLDİ
Hindistanın Racastan əyalətində qeyri-adi hadisə baş verib. 45 yaşlı Rohitaş adlı kişi cəsədi yandırılmaq üzrə olan zaman yenidən həyata qayıdıb.
News24.az xəbər verir ki, eşitmə və danışma qüsuru olan Rohitaş yerli sığınacaqda qalarkən ağır xəstələnib və xəstəxanaya yerləşdirilib. Vəziyyəti pisləşəndən sonra həkimlər onun öldüyünü elan ediblər. Lakin həkimlər lazımi ölümdən sonra müayinə etmədən yalnız sənədləşmə işlərini tamamlayıb meyiti kremasiyaya göndəriblər.
Üç saat soyuq meyitxanada qaldıqdan sonra yandırılmaq üçün odun üstünə qoyulan Rohitaşın nəfəs alması diqqət çəkib. Hadisə yerindən çəkilmiş görüntülərdə yorğan-döşəyə bürünmüş adamın ətrafında çaşqın izdiham görünür.
Dərhal təcili yardım çağırılıb və o, Rajkiya xəstəxanaya aparılıb. Lakin iki gün sonra acı xəbər gəlib. Rohitaş reanimasiya şöbəsində edilən bütün müdaxilələrə baxmayaraq, noyabrın 22-də səhər dünyasını dəyişib.
Hadisədə səhlənkarlıq ucbatından baş həkim və 3 həkim işdən kənarlaşdırılıb. Polis rəisi Sharad Chouodhary, "Həkimlər lazımi yoxlamalar etmədən prosedurları yalnız kağız üzərində tamamlayıbılar" deyib.
Günel Məlikzadə