-
- Dünən, 22:44
- 287
Rubl çökməyə başladı - SON DƏQİQƏ ‼️
Rusiya Mərkəzi Bankı qeyri-birja hərraclarının nəticələrinə əsasən noyabrın 26-sı üçün dolların məzənnəsini 1 dollar üçün 103,79 rubl səviyyəsində müəyyən edib.
Musavat.com Bankın statistikasına əsasən xəbər verir ki, bu, ötən cümə günündən bəri 1,2 rubl artım deməkdir. Beləliklə, rubl dollar qarşısında 2022-ci ilin 24 martından bəri ən aşağı səviyyəyə enib.
Bu gün Moskva valyuta birjasında keçirilən hərraclardan rubl Çin yuanı qarşısında da kəskin ucuzlaşaraq 1 yuan/1,25 rubl səviyyəsinə enib. Bu da 2022-ci ilin martından bəri rublun yuan qarşısında ən kəskin enişidir.