-
- Dünən, 22:48
- 107
İnsanlıq qarşısında ən böyük vəzifə: Qadınları qorumalıyıq! - VİDEO
“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva neçə ildir ki, “Qadına qarşı şiddətə son” adlı sosial layihə həyata keçirir.
Bu sosial layihələrdə qadınlara qarşı şiddətin yalnız cəmiyyətin deyil, bütün insanlığın qarşısında duran ən böyük problemlərdən biri olduğu ön plana çəkilir. Bu layihələrdə göstərilən əsas məqam kimi, qadına qarşı hər cür zorakılıq, sadəcə onun fərdi hüquqlarına, insanlıq ləyaqətinə deyil, həm də cəmiyyətin özünün dəyərlərinə təhdid olduğu vurğulanır.
Azərbaycan xalqı tarixən qadına yüksək dəyər verib, onun rolunu ailədə, cəmiyyətdə və dövlətdə xüsusi şəkildə qiymətləndirib. Azərbaycan mədəniyyəti qadını ailənin baş tacı kimi görür və onun təhsilini, inkişafını dəstəkləyir. Azərbaycanın müstəqil dövlət olaraq qadın hüquqları sahəsində irəliləyişləri də bunun göstəricisidir. Ölkəmizdə qadınların təhsilə, iş həyatına, siyasətə və dövlət idarəçiliyinə qatılması daim dəstəklənib.
Bununla belə qadınlara qarşı şiddət hələ də bir çox cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də mövcud olan ciddi məsələdir. Bu, yalnız qadınların özünə deyil, bütün cəmiyyətin rifahına mənfi təsir göstərir. Qadınları şiddətdən qorumalı, onlara dəstək olmalı və cəmiyyətdə bərabərlik prinsipinə əsaslanaraq, qadınların hüquqları müdafiə edilməlidir.
Bu il ölkəmizdə keçirilən mühüm COP29 tədbirləri səbəbindən “Qadına qarşı şiddətə son” aksiyansının keçirilməsi təxirə salınıb. Gələn ildən başlayaraq, bu sosial layihə ənənəvi qaydada davam etdiriləcək.