Aygün Kazımovanın qızı haqqında görün NƏLƏR DEDİ
    • Dünən, 23:17
    • 255

Aygün Kazımovanın qızı haqqında görün NƏLƏR DEDİ

Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın onun “İndi sənsiz” mahnısına yazdığı neqativ şərhdən danışıb.

News24.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib:

“Ola bilər, dinləyicidir. İfamla bağlı fikir bildirib, çünki Aygün xanım o mahnının möhürünü vurub. Onunla danışıb, ondan xahiş edəndə dedi ki, hansı mahnımı istəyirsən, ifa et. Onu nə qədər sevdiyimi hər kəs bilir. Sevə-sevə oxudum. O zaman Xanım İsmayılqızı özü studiyada iştirak etdi. Nə qədər sevilib, sevilmədiyinə tamaşaçı kimi İlqarə də fikrini bildirə bilər...”.