Misirdə 4000 illik məzardan xəzinə tapıldı
    • Bu gün, 20:38
    • 130

Misirdə 4000 illik məzardan xəzinə tapıldı

Misirdə Orta Krallıq dövrünə aid böyük bir türbə aşkar edilib.

News24.az-ın Lent.az-a istinadən xəbərinə görə, Luksordakı Cənubi Asasif nekropolunda tapılan bu qədim məzarlığın 4 min il yaşı var. 

Türbədə 11 nəfər dəfn edilib. Skeletlər qoca kişi, qadın və uşaqlara aiddir. Məzarlardan çoxlu zərgərlik əşyaları tapılıb.  Onların arasında müxtəlif amuletlər, üzüklər, kəmərlər, boyunbağılar, fil sümüyündən tutacaqlı iki mis güzgü, bilərziklər var.

Üstəlik, əşyalar yüksək səviyyəli ustalar tərəfindən hazırlanıb. Amuletlər arasında ilahə Hathorun, ilan, şahin və bir sıra mifik varlıqların başı şəklində olan fiqurlar var. Tapıntılar öyük dəyərə malikdir. Tədqiqatçılar hesab edirlər ki, məzarlar bir ailənin üzvlərinə məxsusdur. Kəşf Orta Krallıq dövrünün dəfn üsullarını daha yaxşı başa düşməyə imkan verəcək, həmçinin qədim Misir sənətkarlarının bacarıq səviyyəsi haqqında yaxşı təsəvvür yaradacaq.