-
- Bu gün, 14:29
- 74
Burada termometrlər mənfi 17,6 göstərir
Soyuq hava Türkiyəyə təsir edib.
News24.az xəbər verir ki, ötən gecə Türkiyənin ən soyuq yeri -17,6 ilə Ərzurumun Çat rayonu olub.
Qar və soyuqla sinonimləşən Ərzurumda qar örtüyü ilə birlikdə temperatur da sürətlə enməyə başlayıb.
Ərzurumun Tekman/Hacıömer kəndində -16,8, Ərzurum Tekman Ərzurumda -16,7 və Palandöken Şərqi Anadolu Rəsədxanasında -14,3 dərəcə qeyd edilib.
Onu da qeyd edək ki, Palandöken Kayak Mərkəzində qar qalınlığı 60 sm olub.
Günel Məlikzadə