Dünyanın ən bahalı qəzası
    • Bu gün, 15:04
    • 96

Dünyanın ən bahalı qəzası

Dünyanın ən bahalı qəzasıBu yaxınlarda Avstriyanın Pfunds şəhərində, İsveçrə sərhədinə yaxın ərazidə çox böyük maliyyə nəticələri olan qəza baş verib.

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, ümumi dəyəri təxminən 7 milyon İsveçrə frankı (270 milyon TL) olan 4 lüks avtomobil boş yolda bir-birinə çırpılıb. Zərər 1,8 milyon İsveçrə frankı (təxminən 70 milyon TL) təşkil edib.

Qəzada dünyanın ən dəbdəbəli 4 avtomobilinə ciddi ziyan dəyib. Qəzada McLaren Elva, Ferrari La Ferrari, Ferrari 812 Superfast və Bentley Continental GTC olub. Qəzada üçüncü yerdə olan və dəyəri 500 min İsveçrə frankı olan Ferrari 812 Superfast-ın sürücüsü günəşin gözünü qamaşdıraraq qarşısındakı qiyməti 4 milyon İsveçrə frankı olan Ferrari La Ferrari-yə çırpılıb.

O, həmçinin qarşısında 1,7 milyon İsveçrə frankı dəyərində olan McLaren Elva ilə toqquşub. 300 min frank dəyərində 610 at gücünə malik olan Bentley arxada dayana bilməyib və qarşısındakı Ferrari Superfast-ı arxadan dirəyib. Bildirilir ki, ən çox zərər 963 at güclü Ferrari LaFerraridə olub. Ümumi zərər 1,8 milyon İsveçrə frankı qiymətləndirilir. "Sözcü"də yer alan xəbərə görə, 40-52 yaş arası sürücülər xəsarət almayıb və hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər.

Lakin sosial şəbəkələrdə qəzanı əks etdirən foto yayılıb. Tıxacda lazımi təhlükəsizlik məsafəsinin qorunmaması səbəbindən baş verdiyi düşünülən qəzadan günlərdir sosial mediada danışılır və şərhlər edilir.