-
- Bu gün, 15:34
- 75
Sel və torpaq sürüşməsi: Ölənlər var
İndoneziyanın Sumatra adasında şənbə günündən bəri təsirli olan güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub.
News24.az xəbər verir ki, dağ yamaclarından axan palçıq və uçan qayalar kəndlərdə fəlakətə səbəb olub. Şimali Sumatranın 4 bölgəsində çayların daşması nəticəsində bəzi evlər və təsərrüfatlar dağılıb.
Ümumilikdə 20 nəfər həyatını itirib.
Onu da qeyd edək ki, milyonlarla insanın dağlıq ərazilərdə yaşadığı 17 min adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər davam edən yağışlar tez-tez daşqın və sürüşmələrə səbəb olur.
Günel Məlikzadə