Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR
    • Bu gün, 15:59
    • 242

Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.

News24.az Modern.аz-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin keçirilən iclasında deyib.

O qeyd edib ki, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.

“Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, – deputat bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib.

“Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”, – nazir qeyd edib.