Atəşkəs an məsələsidir
    • Bu gün, 16:24
    • 82

Atəşkəs an məsələsidir

İsrail və Livan arasında gözlənilən atəşkəslə bağlı bəyanatlar bir-birinin ardınca gəlir.

News24.az xəbər verir ki, Livandan bu gün verilən açıqlamada atəşkəs çərçivəsində ölkənin cənubuna 5 min əsgərin göndəriləcəyi bildirilib.

Livanın xarici işlər naziri Abdullah Bu Həbib ABŞ-ın Livanın cənubunda infrastrukturun yenidən qurulmasında rol oynaya biləcəyini deyib.

Həbib bu prosesin İsraillə quru sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara gətirib çıxaracağına ümid etdiklərini bildirib.

Livanlı nazir əlavə edib ki, İsrail və H*zbullah arasında qarşıdurmalara son qoyacaq atəşkəsin bu gün razılaşdırılacağına ümid edir.

Günel Məlikzadə