-
- Bu gün, 17:37
- 85
Qış mövsümündə sürücülərin diqqət etməli olduğu ÜÇ MƏQAM
Qış mövsümünə hazırlıq olduqca vacibdir, avtomobilinizin həm təhlükəsizliyini, həm də saz işləməsini təmin etmək üçün 3 məqama xüsusi diqqət etməlisiniz.
Avtomobil ustası Sərdar Əlizadə mövzu ilə bağlı News24.az-a açıqlama verib. Soyuq havalar, qar və buzlu yollar avtomobilin sizi yolda qoymaması üçün əməl etməyiniz 3 vacib şərti diqqətə çatdırıb.
1. Təkərlərin yoxlanılması və dəyişdirilməsi əsəs şərtdir.
Qışda yollarda təhlükəsiz hərəkət etmək üçün təkərlərin vəziyyəti çox vacibdir. Keyfiyyətli və təzə qış təkərləri sizi qəzadan qoruyur və keçilməz yollarda ünvana vaxtında çatdırır. Ancaq təzə adı ilə işbazlardan təkərlər almayın, brend və ustaların tövsiyə etdiyi ünvanlara müraciət edin.
2. Akkumulyatorun yoxlanması vacib amillərdən biridir.
Soyuq havalarda akkumulyatorun gücü azala bilər. Məsləhət görülür ki, köhnə akkumulyatoru yenisi ilə əvəz edin.
3.İşıqlandırma və işıqlandırma sistemlərinin, eyni zamanda əyləc sisteminin saz vəziyyətdə olması birbaşa sizi təhlükədən qoruyur.
Qışda günlər qısa olur və hava şəraiti tez-tez dumanlı və ya qarlı ola bilər. Ona görə arxa işıqların işlək vəziyyətdə olması böyük ölçüdə qəzadan qoruyur. Eyni zamanda əyləc sistemi də saz vəziyyətdə olmalıdır. Xüsusən də əyləc sisteminin yağının yetəri qədər olması və tormozlamaya aid bütün sistemin yeniləməsi, yoxlanması vacibdir.
Usta bundan başqa maşında istilik sisteminin də işlək vəziyyətdə olmasını qeyd edib. Soyuq havalarda şüşələr tez donur və istilik sisteminin işləməsi avtomobilin alın və yan şüşələrinin normal görüntüsünü təmin edir.
S.Əlizadə onu da vurğulayıb ki, yaxşı olardı sürücülər qış vaxtı maşını bir neçə dəfə usta yanına aparıb texniki baxışdan keçirsinlər.
Ağa Dadaşzadə