Tərlan Əhmədovun yeni iş yeri

Tərlan Əhmədovun yeni iş yeri İdman

Təcrübəli mütəxəssis Tərlan Əhmədov Azərbaycan millisinə baş məşqçi gətirilə bilər.

News24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis aşağı yaş qrupu üzrə millilərimizin birinə baş məşqçi təyin edilə bilər. 

Artıq AFFA-da müəyyən şəxslər Əhmədovu AFFA-ya dəvət etmək istəyirlər. Danışıqlar uğurlu olsa mütəxəssis gələn ilə yeni iş yerində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Tərlan Əhmədov buna qədər "Neftçi", "Azal", "Şamaxı" və "Kəpəz" klublarında çalışıb.

Ağa Dadaşzadə