-
- Dünən, 21:53
- 179
Arvadı məşhur futbolçunun başında kompüter sındırdı
Rusiya millisinin və Sankt-Peterburq "Zenit"inin keçmiş futbolçusu Andrey Arşavin "Kartlar, pullar, iki top" verilişində maraqlı etiraf edib.
News24.az Demokrat.az-a istinadla xəbər verir ki, məşhur futbolçu keçmiş həyat yoldaşı Yuliya Baranovskayanın onun başında kompüter sındırdığını deyib.
"Yulka bir dəfə məni kompüterlə vurdu. Mən divanda uzanmışdım, o gəldi və kompüteri başıma vurdu", - deyə Arşavin bildirib.
Veteran futbolçu Yuliyadan ayrıldığı üçün peşman olmadığını bildirib.
O, əlavə edib ki, indi Baranovskaya ilə çətin ünsiyyət qurur:
"Düşünürəm ki, o, yaxşı işləyir".
Arşavin və Baranovskaya 9 illik evlilikdən sonra 2012-ci ildə ayrılıblar. Onların üç övladı var: oğlu Artem (2005), qızı Yana (2008) və oğlu Arsen (2012).
Qeyd edək ki, Arşavin karyerası ərzində Rusiyanın "Zenit", "Kuban" və Qazaxıstanın "Kayrat" klublarında çıxış edib. 2018-ci ildə karyerasını bitirən məşhur futbolçu Rusiya millisində 74 oyun keçirib və 17 qol vurub.