-
- Dünən, 22:24
- 134
"Çelsi"nin ulduzu fəhləlik edir
Bir vaxtlar İngiltərənin Premyer Liqasının məşhur oyunçularından olan və Super Liqada da top qovan Dani Drinkvoter yeni peşəsi ilə təəccübləndirib.
News24.az Milli.Az-a istinadla bildirir ki, Türkiyədə "Qasımpaşa" komandasının formasını geyinən Danny futbol karyerasını bitirdikdən sonra gözlənilməz bir addım atıb.
"Burnley" "Aston Villa", "Votford", "Lester Sity", "Çelsi" kimi klublarda oynayan Drinkvoter İngiltərədə tikinti sahəsində çalışmağa başlayıb. Dani verdiyi bir açıqlamada, "Yaxşı pul qazanmanın bütün problemlərinizi həll edəcəyini düşünənlər yanılırlar. Ruhsal sağlamlıq, fiziki sağlamlıqdan daha önəmlidir" demişdi.
Qeyd edək ki, o, futbolçu kimi 2016-cı ildə Leicester City ilə İngiltərə Premyer Liqasının çempionu adını qazanıb.