-
- Bu gün, 14:59
- 116
Müştəriyə reseptsiz dərman satmayan əczaçı döyüldü
Almaniyada müştəriyə istədiyi dərmanı satmayan şəxs döyülüb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən həftə Verderdə baş verib.
Suriyalı miqrantlardan biri aptekə gələrək, dərman istəyib. Əczaçı isə öz növbəsində reseptsiz dərmanın satılmadığını bildirib. Bundan sonra müştəri ilə əczaçı arasında mübahisə yaşanıb, nəticədə müştəri onu yumruqla vurub.
Aptekdə çalışan işçilər hadisə yerinə polis çağırıb və Suriya vətəndaşı həbs olunub.
Zərərçəkən aptek işçisi xəstəxanaya aparılıb, tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağa Dadaşzadə