Ukraynada Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü
    • Bu gün, 16:40
    • 69

Ukraynada Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın deputatı Aleksandr Merejko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, məktubda Merejko “Trampın dünya sülhünün bərqərar olmasına mühüm töhfə verdiyinə” və gələcəkdə daha çox iş görə biləcəyinə inandığını bildirib. Nümunə kimi deputat Trampın ilk prezidentlik dövründə İsrail və müsəlman ölkələri arasında razılaşmalarda vasitəçilik etməsini göstərib.

Merejko özü Ukraynanın “Kyiv Independent” nəşrinə verdiyi şərhdə deyib ki, o, Trampın Nobel Sülh Mükafatına namizədliyini “Ukraynanın ayaqda qalmasına yardım etmək üçün respublikaçının diqqətini cəlb etmək fürsəti” kimi qiymətləndirir.

Aynurə