Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya
    • Bu gün, 18:23
    • 144

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya

Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk",-məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib:

"Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".