-
- Bu gün, 12:35
- 76
Yanğın faciəsi: Ata və əlil oğlu həyatını itirdi
Türkiyədə Səbri Zenginə (80) məxsus iki mərtəbəli taxta evdə gecə saatlarında naməlum səbəbdən yanğın baş verib.
News24.az xəbər verir ki, alov sürətlə böyüyüb, yanğın evi və aşağı mərtəbədəki tövləni bürüyüb.
Evdə olan bir nəfər öz imkanı ilə evi tərk etsə də, atası və əlil qardaşı alov içində qalıb.
Yanğın digər evlərə keçməzdən əvvəl yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lakin Səbri Hilit və onun əlil oğlu Salih Hilizin cansız cəsədləri tamamilə yanmış evin dağıntıları altında tapılıb.
Eyni zamanda, evin birinci mərtəbəsindəki tövlədə 50 baş xırda heyvan da tələf olub.
Günel Məlizadə