Qar fırtınası həyatı iflic etdi: Ölənlər var
    • Bu gün, 12:44
    • 106

Qar fırtınası həyatı iflic etdi: Ölənlər var

Cənubi Koreyada dünəndən bəri təsirli olan güclü qar həyata mənfi təsir edir.

News24.az xəbər verir ki, Seulun Qvanak bölgəsində qarın qalınlığı 40,2 santimetr, Seonqbuk bölgəsində isə 27,1 santimetrə çatıb.

Pyeonqtaekdə qolf meydançasında qar təmizləyərkən bir nəfər çökən tikilinin altında ölüb.

Dayanacaqda tentlərin uçması nəticəsində bir nəfər ölüb. Beləliklə, güclü qar yağışı nəticəsində ümumi can itkisi 4-ə yüksəlib.

Qeyd edək ki, güclü qar hava, dəniz və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Bu gün 142 reys ləğv edilərkən, 76 marşrut üzrə 99 bərə reysləri dayandırılıb. Koreya Dəmir Yolları bəzi qatar xətlərində uçuşlarda gecikmələr olduğunu açıqlayıb. 

Eyni zamanda, Vonju şəhərində buz bağlaması səbəbindən 53 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, 11 nəfər xəsarət alıb.


Günel Məlikzadə