-
- Bu gün, 15:50
- 179
Kələmin bilmədiyiniz 5 faydası
Kələm ən çox faydalı tərəvəzlərdən biridir.
News24.az xəbər verir ki, kələmdə çoxlu lif, zülal və C və K vitaminləri mövcuddur. Natrium və kalium komponentləri ilə zəngin olan kələmin 5 faydasını təqdim edirik.
1. İmmuniteti gücləndirir. C vitamini baxımından güclü olan ağ kələm infeksiyalardan qoruyur, immuniteti artırır. 100 qram ağ kələm gündəlik C vitamini ehtiyacının 40 faizini ödəyir. Ağ kələm bişdikdə onda C vitamini azalır.
2. B vitamini ilə zəngin ağ kələm yarpaqları. Ağ kələmin yarpaqları B qrupu vitaminləri ilə zəngindir. B vitamini xüsusilə sinir sistemi üçün faydalıdır. Salatda bir porsiya ağ kələm yemək gündəlik B vitamini ehtiyacının 10 faizini ödəyir.
3. Güclü antioksidant qabiliyyəti olan ağ kələm sərbəst radikallarla mübarizə aparır və xərçəngdən qoruyur. Həmçinin immunosupressiv, qaraciyər, diabet və piylənmə kimi xəstəliklərdən qorunmanı təmin edir.
4. Diabetin qarşısını almağa kömək edir. Ağ kələmlə zəngin bir pəhriz 2-ci tip diabetə qarşı faydalıdır.
5. İltihaba qarşıdır. Ağ kələm tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır.
Ağa Dadaşzadə