400 litr saxta spirtli içki müsadirə edildi
    • Bu gün, 15:48
    • 54

400 litr saxta spirtli içki müsadirə edildi

İstanbulda saxta spirtli içkidən zəhərlənərək, dünyasını dəyişənlərin sayı 3-ə çatıb. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbulun Şişli, Beyoğlu və Ümraniye rayonlarında saxta spirtdən zəhərlənərək xəstəxanalara müraciət edənlərin sayında ciddi artım var. Bu səbəbdən həyatını itirənlərin sayı 3-ə çatıb. 

Polislər, artıq saxta spirtli içki ilə məşğul olan şəxslərə qarşı genişmiqyaslı əməliyyat başladıb. İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi və rayon polis şöbələrinin birgə həyata keçirdikləri əməliyyatlarda saxta içki paylama şəbəkəsini ifşa edib.

Tədbirlər nəticəsində 2 şübhəli şəxs həbs edilib, təkcə son gün 410 litr etil və metil spirti, saxta spirt istehsalında istifadə edilən 6 ədəd anis və çoxlu sayda aksizsiz qaçaq siqaret ələ keçirilib. 

Polis hazırda əməliyyatları davam etdirir. 

Ağa Dadaşzadə