Ermənistan ordusunda skandal: Əsgərləri “zəhərləyirlər”
    • Bu gün, 11:51
    • 78

Ermənistan ordusunda skandal: Əsgərləri “zəhərləyirlər”

“Orduda vəziyyət yaxşı deyil. Hərbi hissələrdə əsgərlərin corabları belə oğurlanır”.

News24.az xəbər verir ki, bunu  Ermənistanın “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan deyib.

O, hərbi hissələrdə vəziyyətin acınacaqlı olduğunu bildirilib:

“Əsgərlər bir-birilərindən corab oğurlayırlar. Bəs deyil bunlar? Üstəlik sağlamlıqlarına da diqqət edilmir. Müdafiə Nazirliyinə göndərilən dərmanların çoxunun vaxtı keçib. Əsgərlərimizi onlarla “müalicə” edirlər. Daha doğrusu zəhərləyirlər”./Globalinfo.az