Hirkan meşələri UNESKO-nun Dünya İrs Siyahısına DAXİL EDİLDİ
    • 5-07-2019, 11:55
    • 877

Hirkan meşələri UNESKO-nun Dünya İrs Siyahısına DAXİL EDİLDİ

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində İranın Hirkan meşələri ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb.

News24.az xəbər verir ki, layihədə meşənin 1.5 milyon ha ərazisinin Dünya İrs siyahısına daxil edilməsi təklifi yer alıb.

Qeyd olunub ki, yoxa çıxmaq təhlükəsi ilə üzləşən heyvanlar məhz bu meşələrdə məskunlaşıb.
300-ə yaxın cinsin siyahısı tərtib olunub. Həmin sahə qorunmalıdır. Bir çox quşlar, eləcə də Şahin,qartal kimi yırtıcı quş növləri orada məskən salıb.

Nəqliyyat vasitələrinin keçidi potensial təhdid kimi qalır. Onların mühafizəsi lazımi şəkildə təmin edilməyib. Burada təkmilləşdirmə və qanunvericiliyin dəyişdirilməsi və cəzaların sərtləşdirilməsi lazımdır. Əlaqələndirmə mexanizmləri hazırlanıb və zamnət verilir ki, orada idarəçilik sistemi gücləndiriləcək. Həmin sahənin bütövləşməsi labüddür.

Bəzi yolların bağlanılması təklif edilib. Beynəlxalq ittifaq hesab edir ki, meşə zonasının əhəmiyyəti göz qarşısındadır.

Azərbaycan tərəfi qeyd edib ki, həmsərhəd meşə zonası həm İran, həm də Azərbaycan tərəfinə aiddir. Orada vaxtı ilə insan faktorunun qarşısının alınması üçün lazımi tədbirlər görülüb. Azərbaycan məyusdur ki, nominasiyanı İranla birgə təqdim edə bilmədi. Həmsərhəd qovluğunun hazırlanmasına maraqlıyıq.

Sonda Hirkan meşələrinin İrana aid hissəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib