-
- 5-07-2019, 12:31
- 897
Bakıda bu sexdə şorun üstündə HƏŞARATLAR GƏZİR
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan News24.az-a verilən məlumata görə, agentliyə paytaxtın Xətai rayonu, Nobel prospekti 84 ünvanında yerləşən süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub. Daxil olan müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.
Məlum olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir. Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.
Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək AQTA İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Araşdırmalar davam etdirilir.