Yanlış diaqnoz qoyan klinikaya milyon dollarlıq cərimə
    • Bu gün, 15:25
    • 243

Yanlış diaqnoz qoyan klinikaya milyon dollarlıq cərimə

Nyu-Meksikoda fəaliyyət göstərən “NuMale” adlı klinikanın 2017-ci ildə “yorğunluq” şikayəti ilə klinikaya müraciət edən şəxsə “səhv müalicə” tətbiq etdiyi iddiası ilə bağlı münsiflər heyəti bu iş üzrə hökmünü açıqlayıb.

News24.az münsiflər heyətinin klinikanın "fırıldaqçılıq və səhlənkarlıq" davranışının zərərə səbəb olduğunu bildirən hökmünə uyğun olaraq, şirkət iddiaçıya 412 milyon dollardan çox təzminat ödəməyə məcbur edilib.

İddiaçının vəkillərindən biri olan Nik Rouli şirkətin “qocaları aldadaraq milyonlar qazanmaq üçün fırıldaq sxemi” ilə məşğul olduğunu iddia edib.

Hüquqşünaslar, ediləcək əlavələrlə birlikdə ödəniləcək ümumi təzminatın ABŞ-də tibbi səhvlə bağlı məhkəmə tərəfindən indiyə qədər müəyyən edilmiş ən yüksək məbləğ ola biləcəyini ifadə ediblər.

Qeyd edək ki, sözügedən iddiaçı 2017-ci ildə “yorğunluq” şikayəti ilə klinikaya müraciət edib və “invaziv erektil disfunksiya” ilə bağlı müalicə alıb.

Məryəm İlhamqızı