26 yaşlı qadın bal ayına getdi, küçədə ÖLÜ TAPILDI
    • Bu gün, 16:04
    • 159

26 yaşlı qadın bal ayına getdi, küçədə ÖLÜ TAPILDI


26 yaşlı Aleksandra Leçika toyundan cəmi 23 gün sonra həyat yoldaşı Devid Leçika ilə bal ayı üçün getdiyi Mayamidə dünyasını dəyişib. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, Polşadan olan cütlük Mayami küçələrində huşsuz vəziyyətdə tapılıb. 

Polis əvvəlcə cütlüyün qarət edildiyini və narkotik maddə aldığını düşünsə də, araşdırmalar nəticəsində fərqli həqiqət üzə çıxıb. 

Polşadakı müstəntiqlər müəyyən ediblər ki, Aleksandranın ölümünə könüllü qəbul edilmiş psixoaktiv maddələr səbəb olub.

Aleksanrdanın şiddətli allergik reaksiya, və ya həddindən artıq dozadan istifadə nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Gənc gəlin ölümündən bir neçə saat əvvəl xəyal etdiyi tətildən fotolar paylaşıb. 

O, çimərlikdə gəzərkən və kokteyl içərkən çəkilmiş fotolarından əlavə, yeni həyat yoldaşı ilə də selfilərini paylaşıb. 

Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlanıb. Onun həyat yoldaşı Devid hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.