-
- Bu gün, 16:31
- 104
Nazir istefa verdi! Telefon almaq üçün...
Böyük Britaniyanın nəqliyyat naziri Luiza Heyq istefa verib.
News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məmur onun dələduzluqda ittiham olunduğu barədə məlumat yayıldıqdan sonra vəzifəsini tərk edib.
Heyq 2013-cü ildə iş telefonunun oğurlanması barədə polisə yalan məlumat verməklə bağlı günahını etiraf edib.
Luiza Heyq 10 il əvvəl saxtakarlıqda təqsirli bilinib və nazir 2015-ci il seçkilərinə 6 ay qalmış oğurluq barədə yalan məlumat verərək məhkəmə qarşısına çıxarılıb.
Mənbələrin bildirdiyinə görə, Heyq daha müasir iş mobil telefonu almaq istədiyi üçün yalan ifadə verib.