Avtobusa hücum edildi - Çox sayda yaralı var
    • Bu gün, 17:01
    • 118

Avtobusa hücum edildi - Çox sayda yaralı var

İordan çayının qərb sahilində iki naməlum şəxs İsrail avtobusuna atəş açıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə zamanı azı 9 nəfər yaralanıb. 

Məlumata görə, hadisə İordan çayının qərb sahilində yerləşən Ariel şəhəri yaxınlığındakı magistral yolda baş verib. 

Arieldən Təl-Əvivə gedən avtobus atəşə tutulub. Doqquz yaralıdan üçü ağır, birinin vəziyyəti orta ağır, digər beş nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

İlkin məlumatlara görə, hücum edənlərdən biri yerindəcə zərərsizləşdirilib, digəri isə qaça bilib. Hazırda o, İsrail hərbçiləri tərəfindən axtarılır.