-
- Bu gün, 18:26
- 65
"Liverpul" İspaniyaya elçi düşdü
"Barselona"nın futbolçusu Frenki de Yonqun karyerasını İngiltərədə davam etdirmə ehtimalı yüksəlir.
News24.az xəbər verir ki, "Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək üçün addımlar atır. Bu barədə "Fichajes" nəşri xəbər verib.
Mersisayd klubu yayda 27 yaşlı orta xətt oyunçusu üçün "Barselona"ya təklif göndərəcək. La Liqa nəhəngi yüksək maaşı alan futbolçunu satmağa isti yanaşır.
Onun üçün 45 milyon avro pul ödəməyə hazır olan "Liverpul" əsas heyət üçün transfer etmək istəyir.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
Ağa Dadaşzadə