40 milyon dollarla qaçan Şeyxin arvadı CANGÜDƏNLƏ XƏYANƏT EDİB
    • 5-07-2019, 13:52
    • 1 810

40 milyon dollarla qaçan Şeyxin arvadı CANGÜDƏNLƏ XƏYANƏT EDİB

40 milyon dolları gizli yolla hesabına keçirərək 69 yaşlı həyat yoldaşı Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Məktumdan qaçan şəhzadə Haya haqda yeni məlumat yayılıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhzadənin övladları ilə əvvəlcə Almaniyaya, sonra isə Böyük Britaniyaya qaçmasına səbəb həyat yoldaşının onun xəyanət etməsindən şübhələnməsi olub. 

Şəhzadə Hayanın ölkədən qaçmasından bir neçə gün öncə Məhəmməd əl-Məktum instagram hesabında xəyanətlə bağlı şeir paylaşıb. Şeirdə "Şən xəyanətkarsan. Ən dəyərli şeyi satdın. Sirrin açıldı" sözləri yazılıb. 

İddia olunur ki, Dubay əmiri həyat yoldaşının ailə cangüdəni ilə ona xəyanət etdiyindən şübhələnib.