-
- Bu gün, 10:56
- 122
ÜST: Hər yeddi gəncdən biri bu xəstəlikdən əziyyət çəkir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus, dünyada hər yeddi gəncdən birinin psixi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib. O, sosial media hesabında psixi sağlamlıq problemlərinə dair paylaşımında 15-29 yaş qrupunda intiharın üçüncü ən çox rast gəlinən ölüm səbəbi olduğunu vurğulayıb.
News24.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Baş direktor ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırladığı yeni təlimatın hər bir ölkədə psixi sağlamlıq xidmətlərinə çıxışı artırmaq və uşaqların, eləcə də gənclərin keyfiyyətli qayğı ilə təmin olunmasını gücləndirmək üçün əhəmiyyətli töhfə verə biləcəyini qeyd edib. O, təlimatın praktiki dəyişikliklər üçün stimul yaradacağına inandığını vurğulayıb.