Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı
    • 30-11-2024, 14:00
    • 199

Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.

News24.az "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.

Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.

Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 765 manat kompensasiya alıb.