Cahid Şahbazovun kor etdiyi şəxslər DİLƏ GƏLDİ – İDDİA
    • Bu gün, 13:31
    • 1 804

Cahid Şahbazovun kor etdiyi şəxslər DİLƏ GƏLDİ – İDDİA

Sosial şəbəkələrdə tanınmış həkim, oftalmoloq Cahid Şahbazovla bağlı iddia səsləndirilib.

News24.az  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Cahid Şahbazov tərəfindən əməliyyat olunan xanım iddia edir ki, həkim onun gözünü kor edib:

“Sol gözüm iflic vəziyyətdədir. Estetik əməliyyat üçün yox, gözümdə kəskin ağrılar olduğu üçün həkim Cahid Şahbazova müraciət etdim. Etdiyi əməliyyat nəticəsində gözüm görmür. Tək göz ilə yaşamaq istəmirəm”.

Videonun sonunda şikayətçi insanları həkim Cahid Şahbazova inanmamağa səsləyib:

“Cəzasını çəkməlidir. Bəlkə də nə qədər insanı yanlış əməliyyat edib”.

Xanımın şikayəti ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkədə rəy yazıb:

“Eyni halı mən də o həkimlə yaşamışam. Allah köməyiniz olsun. Onun qüsurunu düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox gözəl anlayıram. Ümumiyyətlə, Səhiyyə Nazirliyi hara baxır!”

Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı şikayətdə adı hallanan oftalmoloq Cahid Şahbazov ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi həkimin məsələ ilə bağlı “Instagram” sosial şəbəkəsindəki şəxsi səhifəsində açıqlama verdiyini bildirib. Əməkdaşımızın həkimlə əlaqə saxlayıb, daha ətraflı açıqlama almaq istəyi isə cavabsız qalıb. Köməkçi xanım “əgər həkim razı olsa, sizinlə əlaqə saxlayacam” deyib. Amma aradan bir saatdan çox vaxt keçsə də, Şahbazov əlaqə saxlamayıb. Görünür həkim sadəcə İnstaqramda açıqlama verməklə işini bitmiş sayır.

Cahid Şahbazov sosial şəbəkədə yayımladığı videocavabda xanımın iddiasını şantaj hesab etdiyini açıqlayıb:

“Bu tələbi biz qarşılmayacağıq. Yardım istəsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik. Həm də 3-cü əməliyyatı özümüz də edə bilərik. Bu xanım mənə sosial mediada şantaj edəcəyini dəfələrlə bildirib, bu, yazışmalarda da qeyd olunub.

Belə olduğu halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".