-
- Bu gün, 16:13
- 142
Qarışqalar bir-birilərini “əməliyyat” edirlər
Qarışqalar haqqında araşdırmalar maraqlı faktların açılmasına səbəb olub.
Lent.az-ın xəbərinə görə, bioloqlar bu qənaətə gəliblər ki, qarışqaların ağızındakı xüsusi ifrazat yaraların tez sağalmasına kömək edir.
Qarışqalar yaralanan dostlarının infeksiyalarını müalicə edə bilirlər.
Bəzi qarışqalar "cərrah" qabiliyyətlərini nümayiş etdirirlər. Alimlər qarışqaların müalicə üsulları ilə bağlı apardıqları araşdırmalarda heyvanlar aləmində amputasiyanın ilk nümunələrini aşkar ediblər.
Dülgər qarışqaları zədələnmiş yuva yoldaşlarını ayaqlarını “əməliyyatla” müalicə edirlər. Elm adamları Matabele qarışqalarının yaralı dostlarını yuvalarına apardığını və yaralarını yaladığını müşahidə ediblər. Onlar yaralarını müalicə edərkən tərkibində 50-dən çox yara sağaldan inqrediyent olan xüsusi maddə ifraz edirlər