-
- Bu gün, 06:40
- 173
Ailə faciəsi! Ata və 2 yaşlı oğlu evdə ölü tapıldı
Böyük Britaniyada ailə faciəsi baş verib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, iki yaşlı uşaq atası ilə evdə ölü taplıb.
Hadisə ilə bağlı qoşular polisə məlumat veriblər.
Uzun müddət ata və oğlunu görməyən qonşular pis qoxu hiss etdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilin qapısını açıblar və orada ölən uşağın atasının ayaqları üzərində uzanmış vəziyyətdə aşkar ediblər.
Meyitlər ekspertizaya göndərilib. Məlum olub ki, kişi ürək çatışmazlığından ölüb. Oğlu isə daha çox yaşayıb və nəhayət, susuzluqdan və acılıqdan atasının ayaqları üzərində uzanaraq ölüb.
Faciə 2024-cü ilin əvvəlində baş verib və yalnız noyabr ayında uşaq və atasının ölümü ilə bağlı ilkin dinləmə keçirilib.
Toplanan məlumatlar təsdiq edib ki, ata ölməsəydi, oğul sağ qalacaqdı.