
-
- 1-12-2024, 18:56
- 1 391
On minlərlə erməni mühasirəyə düşüb – Qeqamyan
“Suriyada te*rorçuların paytaxt Dəməşqə hücumu dayandırılıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni türkoloq Varujan Qeqamyan deyib.
“Hazırda strateji əhəmiyyətli Həma şəhəri yaxınlığında döyüşlər gedir və te*rorçuların fəaliyyəti dayandırılıb. Hələb şəhərinin işğalı isə davam edir və sakinlər (on minlərlə erməni də daxil olmaqla) öz evlərində praktiki olaraq mühasirəyə alınıb, gələcək hadisələri gözləyirlər. Qarşıdakı 2-3 gün həlledici olacaq”, – o bildirib.
Qeqamyan sözügedən qüvvələri türkmeyilli adlandırıb və hansısa bozqurd işarəsindən bəhs etsə də, silahlıların Ankaraya bağlı olması daha əvvəl inkar edilib.