-
- 1-12-2024, 23:17
- 246
Qoroskopun ən şorgözləri - EHTİYYATLI OLUN!
Bürclərin xarakterik xüsusiyyətləri insanları daim maraqlandırır. Sevgidə sadiq olanlar qədər flört etməyi sevən və diqqəti üzərində cəmləşdirənlər də var. Hər bürcün özünəməxsus cazibədarlığı və münasibətlərdəki davranışları fərqlənir.
Bəs, hansı bürclər şorgözlüyü ilə məşhurdur?
Yenisabah.az bu xüsusiyyətlərə görə fərqlənən bürcləri təqdim edir:
Əqrəb
Əqrəb bürcü ilə ehtiraslı və sevgi dolu münasibət qura bilərsiniz. Nə qədər sevildiyinizi düşünsəniz də, əqrəbin hisslərini anlamaq asan deyil. Onlar həmişə sirli olurlar və nə etdiklərini heç vaxt bilmirsən.
Əqrəblər kimisə həqiqətən sevmədikləri zaman xəyanət edə bilərlər. Ürəyi onun üçün döyünən birini tapana qədər həyatındakı insanı aldada bilər.
Dolça
Dolça bürclərinin ümumiyyətlə sadiq olduğu düşünülsə də, reallıq bir az fərqlidir. Dolça bürcü öz azadlığını sevir. Uzunmüddətli münasibətlərin onu məhdudlaşdırdığını düşünür. Dolça bürcləri əlaqələrdən sıxılırlarsa, aldada bilərlər. Sərbəst ruhu onun ciddi əlaqələr qurmasına mane ola bilər.
Balıq
Duyğusal və həssas balıqların münasibətlərdə çox diqqətli olması gözlənilir. Bununla belə, balıqlar hər an partnyorlarını emosional olaraq aldada bilərlər. Balıqlar öz fantaziya dünyasında yaşayırlar. Onların planlarını, düşüncələrini bilmək mümkün deyil. Onlar romantikanı çox sevirlər və münasibətlərində emosional çatışmazlıq hiss etdikdə aldada bilərlər.
Əsmətxanım