-
- 2-12-2024, 09:55
- 113
Ermənistanda zəlzələ olub
Seysmik Mühafizə Xidməti Ermənistan ərazisində 3,4 maqnitudada zəlzələ qeydə alıb.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. \\report