Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər
    • 2-12-2024, 11:41
    • 147

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkənin şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

“Əsəd bir il ərzində Prezident Ərdoğanın uzatdığı əlini sıxmayaraq, səhvinin bədəlini ödədi. Bununla belə, hələ də gec deyil. Yeni şəraitdə Əsəd Ərdoğanla əl sıxa bilər”, - deyə köşə yazarı Adulkadir Selvi köşə yazısında qeyd edib.

Qeyd edək ki, iyunun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də Ərdoğan xarici işlər naziri Hakan Fidana normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırdığını açıqlayıb. H.Fidan noyabrın sonunda bildirib ki, Suriya hələ dialoqa hazır deyil.

Aynurə